A

10-13 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində keçirilən “Təhsil və Peşə 2025” beynəlxalq təhsil sərgisində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) təmsil olunub.

UNEC-i sərgidə Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları Rəsul Yusibov və Günel Cəlilova təmsil ediblər. Universitetin sərgidə iştirakı, sürətlə inkişaf edən Özbəkistan təhsil bazarında UNEC-in beynəlxalq nüfuzunu möhkəmləndirmək və Azərbaycanın keyfiyyətli iqtisadi təhsil imkanlarını geniş auditoriyaya təqdim etmək məqsədi daşıyıb.

Sərgi çərçivəsində ziyarətçilərə UNEC-də təhsil imkanları, tələbə mübadiləsi və ikili diplom proqramları barədə ətraflı məlumat verilib. UNEC stendində universitetin tədris proqramlarını əks etdirən broşürlər, promo-materiallar nümayiş etdirilib, həmçinin təqdimat videoçarxları sərgi iştirakçılarına təqdim olunub. UNEC nümayəndələri ziyarətçilərin suallarını cavablandıraraq onları maraqlandıran təhsil istiqamətləri üzrə ətraflı məlumatlandırıblar.

Tədbir çərçivəsində qurulan yeni əlaqələr UNEC-in beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə və universitetin beynəlxalqlaşma strategiyasının daha da güclənməsinə töhfə verəcək.

Qeyd edək ki, “Təhsil və Peşə 2025” beynəlxalq sərgisində Avropa, Amerika və digər ölkələrdən olan 40-dan çox ali təhsil və tədris müəssisəsi iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay