UNEC-in Özbəkistanda ezamiyyətdə olan əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə Daşkənd şəhərində Ulu Öndərin abidəsini ziyarət ediblər.
UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov və Ümumi şöbənin müdiri Mətanət Novruzova Ulu Öndərin abidəsinin önünə gül dəstəsi qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər.