Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə UNEC kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarətçilər abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.