A

Martın 1-də UNEC-in 3 saylı Tələbə Poliklinikasının baş həkimi Adilə Ukalayevanın 65 illik yubileyi qeyd olunub.

Uzun illər səhiyyə sahəsində çalışan Adilə Ukalayeva peşəkar fəaliyyəti, məsuliyyətli yanaşması və insanlara diqqətli münasibəti ilə seçilən həkimlərdəndir. O, müxtəlif dövrlərdə səhiyyə müəssisələrində məsul vəzifələrdə çalışaraq insan sağlamlığının qorunması istiqamətində uğurla fəaliyyət göstərib.

UNEC kollektivi Adilə Ukalayevanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayır.

TOP XƏBƏRLƏR