A

UNEC-də Qanun Nəşriyyatı tərəfindən tələbə və əməkdaşlar üçün kitab sərgi-yarmarkası və səyyar kitab satışı təşkil edilib.

3 saylı tədris binasında keçirilən kitab sərgi-yarmarkası ilə yanaşı, 2 saylı tədris binasında “Təkərli kitab dükanı” adlı səyyar kitab satışı da oxucuların ixtiyarına verilib.

Təşkilatçıların məqsədi tələbələr arasında kitab oxumağa marağın artırılması, mütaliə mədəniyyətinin təşviqi və oxuculara daha əlçatan qiymətlərlə keyfiyyətli nəşrlərin təqdim edilməsidir.

Yarmarkada Azərbaycan, ingilis və rus dillərində müxtəlif janrlarda kitablar satışa çıxarılıb. Oxucular tarix, iqtisadiyyat, fəlsəfə və psixologiya sahələri ilə yanaşı, şəxsi inkişaf, bədii ədəbiyyat, detektiv və fantastika janrlarında nəşrlər üzrə geniş seçim imkanı əldə ediblər.

Sərgi-yarmarka tələbələr və universitet əməkdaşları tərəfindən maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay