A

Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib.Universitetin professor-müəllim heyəti, əməkdaş və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.Qeyd edək ki, UNEC-in yaşıllıq zonasının salınmasında əsas məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi layihələrinə dəstək göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay