A

UNEC-in rektorunun əmri ilə Ramil Cabbarov Karyera Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Ramil Cabbarov bu vəzifəyə qədər UNEC-in rektorunun köməkçisi olub.

R.Cabbarov 1988-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Masis rayonunda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr, Azərbaycan Kooperasiya Universitetini isə magistr pilləsi üzrə bitirib.

Türkiyənin  Boğaziçi Universiteti, Sabancı Universiteti, Özyeğin Universiteti, Okan Universiteti və Bahçeşehir Universitetlərində müxtəlif zamanlarda marketinq, marketinq araşdırmaları və idarəetmə, brend menecment, reklam, PR, şəxsi inkişaf, stress idarəetməsi, sahibkarlıq (start up) üzrə kurs və konfranslarda iştirak edib.  Columbia University, University of Virgina, University of California, Irvine, The University of British Columbia, University of East Anglia, University of Leeds, Cornell University, Duke University, Ludwig-Maximilians-Universität München, Orta Doğu Teknik Üniversitesi tərəfindən təşkil edilən marketinq üzrə online kurslarda iştirak edib.

2016-cı ildə Türkiyənin Sakarya Universitetinin  “Eğitim Araştırma ve Uygulama” Mərkəzi tərəfindən təşkil edilən “Satış və Marketinqin idarəedilməsi” Sertifikat programını uğurla tamamlayaraq, “Uzmanlık” statusunu əldə edib. 2017-ci ildə Microsoft tərəfindən “İnnovativ müəllim” sertifikatını qazanıb. Amerika Marketinq Assosiyası, Beynəlxalq Sosial Marketinq Asossasiyası, Biznes Marketinq Asossasiyası, Direct Marketinq Asossasiyasının üzvüdür.

R.Cabbarov “Biznesin idarəedilməsi” kafedrasının müəllimidir. Eyni zamanda UNEC-in Digital Marketinq Mərkəzinə rəhbərlik edir. 2015-ci ildən UNEC-in dissertantıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay