A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən  2018/2019-cu tədris ilinin bakalavr məzunlarının diplomları əldə edilib. Və artıq diplomların yazılması prosesinə başlanılıb.

Diplomlar ixtisaslar üzrə ardıcıllıqla təqdim ediləcək. Hər ixtisas üzrə diplomlar tam hazır olduqdan sonra news.unec.edu.az saytında və UNEC-in rəsmi Facebook səhifəsində bu barədə məlumat veriləcək.

İlk növbədə xarici universitetlərdə magistratura səviyyəsində təhsil hüququ qazanmış məzunların diplomları hazırlanıb və onlara təqdim olunub.

Qeyd edək ki, artıq 200-dən çox məzunun diplomları hazırlanaraq təhvil verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay