A

Sentyabrın 27-də Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Sərgidə ilk dəfə olaraq UNEC Kitabxana İnformasiya Mərkəzi (KİM) də təmsil olunub. Mədəniyyət naziri və digər dövlət rəsmiləri sərgi zamanı UNEC KİM-in stendini ziyarət edərək, yerli və beynəlxalq nəşrlər, ən yeni kitablar, qəzet, jurnal və elektron resurslarla yaxından tanış olublar. Ziyarətçilərə UNEC KİM-in strukturu, fəaliyyət istiqamətləri, gələcək hədəfləri barədə məlumat verilib.

Sərgi zamanı UNEC-in zəngin kitab fondu, UNEC KİM-in və 24/7 Kitabxananın iş rejimi, elektron nəşrlərin əldə olunması prosesləri barədə məlumatar ziyarətçilərin xüsusi marağına səbəb olub. Ziyarətçilərin sualları UNEC-in nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək. Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitabların satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay