A

UNEC Kitabxana İnformasiya Mərkəzi (KİM) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunub.

3 gün davam edən sərgidə UNEC-in zəngin kitab fondu, KİM-in və 24/7 Kitabxananın iş rejimi bbarədə məlumatlar ziyarətçilərə çatdırılıb. Sərgi-yarmarka çərçivəsində Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfrans keçirilib. Dünyanın 14 ölkəsindən nümayəndələrin qatıldığı konfransda UNEC Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları da iştirak edib. Konfransda “Azərbaycan universitet kitabxanaları sistemində “UNEC modeli”: Nailiyyətlər və hədəflər” mövzusunda məruzə dinlənilib.

Yarmarkanın son günündə UNEC Kitabxana İnformasiya Mərkəzi sərgidə fəal iştirak etdiyi üçün təşkilat komitəsi tərəfindən diplomla təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay