×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-0b5db4217f2ef83ccdd6add55f643731.php silmək alınmadı


A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq UNEC-in Qadınlar Şurasının üzvləri sosial həmrəylik nümayiş etdiriblər.

Şuranın sədri Təranə Kərimovanın təşkilatçılığı ilə universitetin qadın əməkdaşları Səbail və Xəzər rayonlarında yaşayan aztəminatlı ailələrə, yaşı 65-i keçmiş tənha insanlara, ahıllara, Qarabağ əlillərinə, şəhid ailələrinə ərzaq yardımı ediblər.

UNEC Qadınlar Şurasının yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.

TOP XƏBƏRLƏR