A

UNEC-də 20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunan silsilə tədbirlər keçirilib.

UNEC-in bütün fakültələrində keçirilən tədbirlərdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumi fənlərin tədrisinin təşkili departamenti, SABAH Mərkəzi, Biznes və mencement, Rəqəmsal iqtisadiyyat, İqtisadiyyat fakültələri, Dizayn Məktəbi, Magistratura Mərkəzinin təkilatçılığı ilə keçirilən tədbirdə departamentin direktoru dosent Gülnarə Rzayeva 20 Yanvarın tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu qeyd edib. Humanitar fənlər kafedrasının professorları Vəkil Həsənov və Nizami Süleymanov məruzə ilə çıxış edərək, 90-ci illərin sonunda keçmiş sovetlər birliyinin tənəzülü ərəfəsində respublikamızda baş vermiş siyasi proseslər barədə geniş məlumat veriblər. Həmin dövrdə 20 Yanvara aparan faciə yolunda xalqımıza qarşı həyata keçirilən qərəzli, düşmənçilik siyasətinı ətraflı şərh ediblər.

Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva, İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quilyev, Magistratura mərkəzinin direktoru professor Qabil Manafov, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini dosent Elman Cəfərov, baş müəllim Yunis Əkbərov 20 Yanvar hadisələri haqqında danışaraq, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildiriblər. Bu hadisələrdə UNEC-in tələbəsi Habil Əzizovun və məzunu İlqar Əbülhəsənovun da şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıblar. Çıxış edənlər 20 Yanvar hadisələrinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, ulu öndərin banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən Azərbaycanın müstəqilliyinin gorunub saxlanmasının vacibliyindən bəhs ediblər.

Rus İqtisad Məktəbində keçirilən tədbirdə məktəbin direkrotu, dosent Mənsur Bərxudarov 31 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın “qızıl ordusu” tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb. Bu qanlı faciənin xalqımızın tarixinə həm də qəhrəmanlıq salnaməsi və istiqlal mübarizəsi kimi yazıldığını bildirib. M.Barxudarov Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd edib.

Türk Dünyası İqtisad Fakültəsində təşkil olunan tədbirdə İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov tələbələrə 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, Bakıda törədilən qırğının Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin bu qanlı hadisənin xalqımızın müstəqillik əzmini qıra bilmədiyini və Azərbaycanın müstəqillik qazanmasına təkan verdiyini deyib.

Beynəlxalq İqtisadiyyat Məktəbinin keçiridiyi tədbirdə direktor müavini İnarə Rzayeva 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb.

Sonra birinci kurs tələbələri hazırladıqları təqdimatlarla çıxış edərək, həmin gün yaşanan hadisələrdən, dövlətimizin, xalqımızın azadlıq mübarizəsindən danışıblar.

Tədbirlərdə 20 Yanvar hadisələrini həsr olunan videoçarxlar nümayiş olunub.

UNEC-in Zaqatala filialında 20 Yanvar hadisələrinin 31-ci ildönümü qeyd olunub. Dövlət Himninin səsləndirilməsindən sonra Flialın direktoru, professor Orucəli Rzayev 20 Yanvar hadisələrinə taruxu nəzə salıb. O, 20 Yanvar gününün  Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edildiyini, 31 il bundan öncə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirdiyini bildirib. Faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli lider Heydər Əliyevin böyük cəsarətlə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsinın faciəyə verilən ilk siyasi qiymət olduğunu deyib.

Tədbirdə filialın direktor müavini, dosent Həqiqət Kərimova, Zaqatala İqtisad Məktənin rəhbəri Babək Alıyev də çıxış edərək, 20 yanvar hadisələri barədə tələbələri məlumatlandırıblar.

Sonra Zaqatala filialının Biznesin idarə edilməsi ixtisası üzrə I kurs tələbəsi “Şəhidlər” şeirini səsləndirib. Filialın fəal tələbələrinin “20 Yanvar faciəsi” ilə bağlı hazırladıqları kompozisiya nümayiş olunub.

UNEC-in bütün fakültələrində  ilk dərslər 20 Yanvar hadisələrə həsr olunub, tələbələr  həmin hadisələrə həsr olunan təqdimatlarla çıxış ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay