A

azedu.az

AzEdu Təhsil Portalı 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Firudin bəy Köçərli” mükafatını təsis edib.

AzEdu.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr günündə 10 nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

Bu il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qalibiyyətimizlə başa çatan Vətən Müharibəsinin gedişatına təsadüf etdiyindən, həmçinin, pandemiyaya görə bəzi qadağaların tətbiqi onun təqdimetmə mərasimini təxirə salmışdı.

Qeyd edək ki, AzEdu Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin mükafatı təsis etməsində əsas məqsəd təhsilin inkişafında xüsusi xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

Mükafat Fevralın 12-si “Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi” nominasiyası üzrə   UNEC rektoru, professor Ədalət Muradova təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay