A

ExpoGeorgia tərəfindən Gürcüstanda 11-ci Beynəlxalq təhsil sərgisi təşkil olunub. 

20-dən çox xarici ölkənin təmsil olunduğu sərgidə UNEC-in təhsil xidmətləri də nümayiş etdirib. On-line formatda  keçirilən sərgidə iştirakçılara UNEC-də təhsil imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib. Həmçinin, sərginin saytında UNEC-in tədris proqramlarının broşür və promo-materialları yerləşdirilib, videoçarxları nümayiş olunub. 

Onlayn keçirilən sərgidə qeydiyatdan keçərək UNEC barədə maraqlanan iştirakçılarıb sualları cavablandırılıb.

Xatırladaq ki, UNEC ötən ilin aprel ayında Tükrkiyədə və may ayında Mərəkeşdə online olaraq təşkil edilən a2 Beynəlxalq təhsil sərgisində də iştirak edib. Beynəlxalq sərgidə Avropa, Amerika və digər xarici ölkələrinin 41 təhsil və tədris müəssisəsi təmsil olunmuşdü.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay