A

UNEC İqtisadi Forumu çərçivəsində UNEC ilə Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzi (ÇASGEM) arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və Türkiyənin Əmək və sosial müdafiə nazirinin müavini Prof. Dr. Lütfihak Alpkan arasında imzalanan sənəddə birgə elmi tədqiqatların, təlim proqramlarının və layihələrin həyata keçirilməsi, əməkdaşların təcrübə və biliklərinin mübadiləsi, birgə tədqiqat və konsaltinq fəaliyyətləri, rəqəmsal təhsil texnologiyalarında əməkdaşlıq nəzərdə tutulub.

Xatırladaq ki, 10-12 noyabr tarixlərində UNEC rektorunun müşaviri dos. Elşən Bağırzadə və Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli xarici təcrübənin öyrənilməsi məqsədilə Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzində ezamiyyətdə olmuşdular. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay