A

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi şəhidlərin xatirəsinə ucaldılmış UNEC-in Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

UNEC kollektivi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Xatırladaq ki, 20 Yanvar hadisələrində UNEC-in iki tələbəsi, İlqar Əbilhəsənov və Habil Əzizov şəhid olublar.

 

TOP XƏBƏRLƏR