A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin hər iki tədris korpusunun bütün tədris qruplarında 1-ci dərslər 27 sentyabr Anım Gününə həsr olunub.

Tədbirlərdə kollecin direktoru dosent Oruc Məmmədov və UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov çıxış edərək, şanlı zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya örnək olan liderlik məharətindən, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsindən, şəhidlik zirvəsinin fatehlərinin gənc nəsil üçün nümunəsindən söz açıblar.    

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində kollec üzrə 48 nəfər tələbə, 1 nəfər əməkdaş iştirak ediblər.

Onlardan 7 nəfəri qazi, 3 nəfəri - Murad Qurbanov,  Miqdad Abduləlimov, Elşən İbrahimov Şəhidlik zirvəsinə yüksəliblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay