A

 UNEC-də  “UNEC Language Center” (ULC) Dil mərkəzinin açılışı olub.

Mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və universitet əməkdaşları iştirak ediblər.

Rektor Ədalət Muradov qonaqlara mərkəzin fəaliyyəti, eləcə də universitetdə xarici dilin tədrisi barədə məlumat verib. Bildirib ki, ULC-də UNEC-in peşəkar müəllimləri tərəfindən “General English”, “Business English”, “Business Correspondence”, “Academic English”  və “IELTS” kursları təşkil olunacaq.

Sonra  UNEC ilə “British Council” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, rəsmi IELTS tərəfdaşı olaraq, UNEC də British Council tərəfindən IELTS imtahanları təşkil olunacaq. Tələbələr Dil mərkəzində qeydiyyatdan keçərək, imtahana yazıla bilərlər.

Mərkəzdə həftə sonları IELTS sınaq imtahanlarınin keçirilməsi nəzərdə tutulub.

“UNEC Language Center”ə (ULC) UNEC-in dosenti Aysel Xəlilova rəhbərlik edəcək. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay