A

UNEC-in Azərbaycan dili kafedrasının professor-müəllim heyəti tərəfindən Biznes və menecment, Rəqəmsal iqtisadiyyat, Maliyyə və mühasibat fakültələrində öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş açıq dərslər keçirilib.

Açıq dərslərdə tələbələrə şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Böyük şairin ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalmasından, hüquqları çeynənən bir ölkənin haqq səsinin tapdalanmasını təbliğ etməsindən, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsindən və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib.

UNEC-in professor və müəllimləri dərslərin gedişində tələbələrə Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavadın represiya dövrünün qurbanlarından biri olduğunu bildiriblər.

 

TOP XƏBƏRLƏR