Elsevier şirkətinin oktyabr ayı üçün reytinqi müəyyənləşib. Dünyanın 200.000 aliminin elmi göstəricisinə müəyyənləşən reytinq hər alimin standartlaşdırılmış istinad göstəricilərinə, əsas və iki alt elmi istiqamətləri üzrə faiz dərəcələrinə uyğun aparılıb.
Reytinqdə Azərbaycandan siyahıya düşən 14 alimdən 2 nəfəri UNEC-in müəllimi olub. Belə ki, Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru, Kompozit materiallar elmi-tədqiqat mərkəzinin tədqiqatçısı Tural Nağıyev və fizika elmləri doktoru, mərkəzin tədqiqatçısı dosent Sakin Cabbarov reytinq siyahısında yer alıblar.
Ümumilikdə reytinq nəticəsində dünyanın ən prioritet elmi istiqamətləri kimi süni intellekt və materialşünaslıq müəyyən olunub.
Reytinqdə olan Azərbaycan alimlərinin siyahısı