A

UNEC-də “Qarabağda məskunlaşmaq istəyənlər və istəməyənlər: effektiv repatriasiya üçün vacib olan nədir?” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb, işğaldan azad edilən ərazilərə Böyük qayıdışın reallaşdırılması üçün ilk növbədə Qarabağın dirçəlişinə nail olunmasının vacibliyini vurğulayıb.

UNEC  Empirik Tədqiqatlar  Mərkəzinin rəhbəri dos. Xətai Alıyev mövzu ilə bağlı aparılan empirik təhlilləri təqdim edib. “Qarabağda daimi yaşamaq istəyərsinizmi?” sorğusunun nəticələrini açıqlayan X.Alıyev bildirib ki, 17-34 yaş qrupu üzrə respondentlərin 34%-i, 35-49 yaş qrupu üzrə 41,2%-i, 50-64 yaş arası 89,5%-i, 65-80 yaş qrupu üzrə isə 33,3% “Bəli, icazə verilsə mümkün qədər tez” cavabını verib.

UNEC-in müəllimi, iqtisadçı-ekspert Əhliman Abbasov isə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın ölkənin iqtisadi inkişafına təsirindən danışıb.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyənlər üçün müvafiq infrastrukturun yaradıldığı vurğulanıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin  təşkilatçılığı ilə keçirilib.

Seminarı izləmək üçün https://fb.watch/gm92Our3th/  linkinə keçid edə bilərsiniz.

 

TOP XƏBƏRLƏR