A

Noyabrın 4-də UNEC-in nəzdindəki Sosial-İqtisadi Kollecdə tələbə və müəllim heyətinin iştirakı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı geniş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında 3 rəngli, ay-ulduzlu dövlət bayrağının 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş tələbələr tərəfindən gətirilməsi ilə açılıb. Sonra Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov bildirdi ki, 44 gün davam etmiş Vətən müharibəsi  Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, qeyd edib ki,  Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Sonra tələbələr Zəfər gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış etdilər. Tədbir “Zəfər” yallısı ilə başa çatdı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay