A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Xocalı faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib.

Tədbirdə Xocalı hadisələri zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov Xocalı faciəsinin xalqımıza, günahsız, dinc insanlara qarşı törədilmiş amansız və qəddar soyqırım aktı olması barədə danışıb və bu vəhşiliklərin törədilməsində erməni vandalları ilə yanaşı sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının da yaxından iştirak etdiyini qeyd edib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Xocalı soyqırımının otuz bir il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu bildirib.

Kafedranın dosenti Flora Kaşiyeva Xocalı faciəsinin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırım aktlarının davamı olmasından, bu hadisələr nəticəsində 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşaq, 106 qadın öldürülməsi, 8 ailənin bütünlüklə məhv edilməsi, 1275 nəfərin isə girov götürülməsindən danışıb və günahkarların cəzalandırılması, bu faciəyə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi zəruriliyindən bəhs edib.

Tədbirin sonunda soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay