A

UNEC-də Novruz bayramı münasibətilə şənlik keçirilib.

Əsas tədris binasında təşkil olunan şənlikdə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edib.

Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.

Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.

TOP XƏBƏRLƏR