A

UNEC-in Xarici Ticarətə Dəstək mərkəzinin üzvü və UNEC Biznes Məktəbinin gənc müəllimi Bəhruz Babayevin  “Çinin Azərbaycana yatırdığı sərmayə hər iki ölkə üçün faydalıdır (Chinese investment in Azerbaijan is a win-win for both countries)”  adlı məqaləsi Honkonqun nüfuzlu xəbər portalı olan “South China Morning Post” qəzetinin iqtisadiyyat bölməsində nəşr edilib.

Məqalədə Şərq və Qərb arasında nəqliyyat və telekommunikasiya dəhlizinin üzərində yerləşən Azərbaycanın Çin üçün iqtisadi və tranzit əhəmiyyəti müzakirə edilir.  

1903-cü ildə Çinin maliyyə paytaxtı Honkonqda yaradılan “South China Morning Post” Asiyada ingilis dilində nəşr edillən nüfuzlu xəbər portallarından biri hesab edilir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay