×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC-də “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova müsabiqənin məqsədinin ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasına təşviq edilməsi və bu istiqamətdə stimullaşdırılması olduğunu bildirib.

Elm üzrə prorektor professor Sakit Yaqubov  Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edildiyini diqqətə çatdıraraq, bu münasibətlə UNEC-də tədbirlər planının təsdiqləndiyini qeyd edib və müsabiqənin tədbirlər planı çərçivəsində keçirildiyini bildirib.

Tədbirdə iştirak edən millət vəkili Elman Məmmədov Vətən müharibəsində qazanılan zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndirib. Qarabağın, xüsusilə də, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, iqtisadiyyatının dirçədilməsinin, sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Müsabiqənin təşkilatçısı, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev müsabiqənin keçirilməsi, təqdim olunan məqalələrin aktuallığı və dəyərləndirilməsi barədə məlumat verdikdən sonra müsabiqənin qalibləri açıqlanıb.

Professor-müəllim, eləcə də doktorant-magistr heyəti üzrə ilk üç yerin sahibinə pul mükafatı, digərlərinə isə sertifikatlar təqdim olunub.

Professor-müəllim heyəti üzrə qaliblər:

I yer- Əli Cabbarov (Naxçıvan Universiteti), “İşğaldan azad edilmiş Şuşa şəhərində “Dark” turizmi - perspektiv turizm növü kimi”.

II yer- Aqil Məmmədov (UNEC dosenti), “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar”

III yer- Lalə Vəliyeva, Şükür Əliyev həmmüəllif (SDU), “Şuşa şəhərinin Azərbaycanda turizm sahəsinin inkişafında rolu”.

Doktorant-magistr heyəti üzrə qaliblər:

I yer- Afaq Zeynallı (UNEC), “Şuşada mədəniyyət iqtisadiyyatının inkişafı potensialının dəyərləndirilməsi”;

II yer- Nərminə Məmtiyeva (UNEC), “Şuşanın sosial-iqtisadi dirçəldilməsi- Azərbaycanın prioritet istiqamətlərindən biri kimi”

III yer- Aidə Bəxtiyarova (ADNSU), “Şuşa şəhərinin inkişafının sosial-iqtisadi və strateji aspektləri”.

TOP XƏBƏRLƏR