A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sabiq “Mühasibat uçotu və audit” kafedrasının müdiri, Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor Sifariz Mirzəxan oğlu Səbzəliyevin 80 yaşı tamam olub.

Qocaman alimin 80 illik yubileyi münasibətilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov və ixtisas rəhbəri Aynurə Hacıyeva yubilyarı evində ziyarət ediblər və UNEC rəhbərliyinin təbrik ünvanını çatdırıblar.

Professor Sifariz Səbzəliyev ona ünvanlanan xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirib, 40 illik pedaqoji fəaliyyəti ərzindəki təəssüratlarını, Universitetlə bağlı xoş xatirələrini bölüşüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay