Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti İnqilab Əhmədovun təşkilatçılığı ilə elmi-praktik mühazirə keçirilib.
Mühazirəyə ABŞ-ın Governors State University-nin professoru Natalia Rekhter dəvət olunub.
Professor Natalia Rekhter “Private Healthcare Finance: USA Example” mövzusunda təqdimatla çıxış edib. O, ABŞ-da səhiyyə sisteminin ümumi strukturu, dövlət və özəl tibbi sığorta mexanizmləri, ödəniş modelləri, həmçinin özəl səhiyyə maliyyəsinin əhali rifahına, bazar münasibətlərinə və sosial bərabərliyə təsiri barədə ətraflı məlumat verib.
Qonaq ABŞ-da səhiyyənin maliyyələşdirilməsində özəl sektorun artan rolundan, bu modelin üstünlükləri və mövcud problemlərindən danışaraq beynəlxalq təcrübənin Azərbaycan üçün də müəyyən aspektlərdə faydalı ola biləcəyini qeyd edib.
Tədbirin sonunda tələbələr professor Rekhterə suallar ünvanlayıb və interaktiv müzakirələr aparılıb.