UNEC-ə qəbul olan abituriyentlərin onlayn qeydiyyatı uğurla davam edir.

Bugünədək UNEC-ə qəbul olan abituriyentlərdən 2540 nəfəri onlayn qeydiyyatdan keçib.

Abituriyentlərin rahat şəkildə qeydiyyatdan keçməsi üçün UNEC Sənəd qəbulu komissiyası, eləcə də fakültələrdə katibliklər  fəaliyyət göstərir. Abituriyentlərin qeydiyyatla bağlı bütün müraciətləri operativ olaraq cavablandırılır. Onlayn qeydiyyat prosesinin necə həyata keçirildiyi barədə videotəlimat da hazırlanıb.

Abituriyentlərin qeydiyyatı oktyabrın 7-dək davam etdiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay