Azərbaycan Beynəlxalq Bankının (ABB) 4-cü təcrübə proqramına müraciət mərhələsi davam edir.

Proqramda ali təhsilini 2021-2023-cü illərdə bitirmiş, eləcə də magistratura pilləsində təhsil alan gənclər iştirak edə bilər.

4 ay müddətində davam edəcək təcrübə proqramı gənclərə bank sahəsində xüsusi bilik və bacarıqlara yiyələnmək və ABB komandasının üzvü olmaq imkanı yaradacaq.

Təcrübə proqramına müraciət etmək istəyənlər üçün ilkin şərtlər:

  • Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən, ÜOMG isə 75 baldan yuxarı olmalı;
  • İngilis dili səviyyəsi yüksək (upper-intermediate level) olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı.

Proqrama müraciət üçün digər şərtlər haqqında daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün müraciət linkinə keçid etməyiniz xahiş olunur: https://abb-bank.az/tecrube/

Son müraciət tarixi: 20.11.2023

TOP XƏBƏRLƏR