EY Azərbaycan şirkəti tələbələri “Inspiring JournEY” adlı silsilə müzakirələrdə iştirak etməyə dəvət edir.

Layihə çərçivəsində “EY İlin İş Adamı” müsabiqəsinin qalibləri öz təcrübələrini tələbələrlə bölüşəcəklər.

Layihənin spikeri “EY İlin İş Adamı 2022” müsabiqəsinin “Ən yaxşı müştəri həlli” nominasiyasının qalibi, “Yığım Ödəniş Sistemi” şirkətinin təsisçisi Vüqar Cəfərov olacaq. V.Cəfərov tələbələrə uğur hekayəsini danışacaq, eləcə də uğurlu sahibkar olmaqla bağlı təcrübəsini onlarla bölüşəcək.

Görüş 15 dekabr, saat 10:00-12:00-dək UNEC-in əsas tədris binasında (otaq 305) keçiriləcək.

Vüqar Cəfərovun onun uğur hekayəsi ilə tanış olmaq və suallarını ünvanlamaq istəyən tələbələr seminara dəvət olunur.

ƏTRAFLI

TOP XƏBƏRLƏR