Bankımız “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!

Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız aşağıda sadalanan keyfiyyətlərə malik olan və yaşı 18-dən 25-ə qədər olan ali təhsili alan tələbələr və təhsilini yeni bitirmiş gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edir. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:

  • Çevik
  • Təşəbbüskar
  • Həvəsli
  • İşgüzar
  • Gülərüz
  • Məsuliyyətli
  • Ünsiyyətcil

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3-6 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR