Azərbaycan Beynəlxalq Bankı aşağıdakı vəzifələri tutmaq üçün vakansiya elan edir.
İş haqqında
Görəcəyiniz işlər:
- Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmə
Namizəd üçün tələblər:
- Ali təhsilli (4-cü kurs tələbələri müraciət edə bilər);
- Azərbaycan və rus dillərini mükəmməl bilən;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandada işləmək bacarığı olan;
- Analitik zəka, müştərilərlə yüksək səviyyədə işləmək motivasiyası olan;
- Dəyişkən çoxnövbəli qrafiklə (7/24 rejimi ilə əlaqədar) çalışa bilən şə
İş haqqında
Görəcəyiniz işlər:
- Daxil olan bütün yazılı müraciətlərin düzgün cavablandırılması;
- Paylaşımların şərhlərinin cavablandırılması;
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və) platformalarında sərbəst iş bacarığı;
- Rəqəmsal platformalar üzrə xətaların araşdırılması və düzgün yönləndirilməsi
Namizəd üçün tələblər:
- Ali təhsilli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olan;
- Azərbaycan və rus dillərində yüksək bilik (yazılı) səviyyəsi olan;
- Komandada işləmək bacarığı olan;
- Analitik düşünmə, ünsiyyət qurma bacarığı olan;
- Növbəli iş qrafikində işləmə bacarığı olan şəxsdir.
İş haqqında
Görəcəyiniz işlər:
- Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidməti təşkil etmək, idarə etmək və yönləndirmək;
- Bankın elektron kanalları vasitəsi ilə daxil olmuş kredit (Kredit kartı) sifarişlərinin satışını təşkil etmək;
- Bankın mövcud həmçinin yeni müştərilərinə telefon vasitəsi ilə Bank məhsullarının satışını icra etmək;
- Gördüyü işlərlə bağlı gündəlik,aylıq,rüblük,illik hesabatı hazırlayıb qrup rəhbərinə, şöbə müdirinə, təqdim etmək;
- Aylıq, rüblük və illik hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirmək;
- Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;
- Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
- Bankın Sağlamlıq və Təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək.
Namizəd üçün tələblər:
- Ali təhsilli;
- Müvafiq istiqamətdə minimum 1 il təcrübəsi olan;
- Cari istiqamət üzrə Mərkəzi Bankın qaydaları və bank işinin əsasları haqqında biliklərə sahib olan;
- Azərbaycan (səlis), Rus və İngilis (arzuolunan) dillərini bilən;
- MS Office proqramlarını mükəmməl bilən.