Avrasiya Patent İdarəsi tərəfindən Avrasiya Patent Konvensiyasının üzv dövlətlərinin aparıcı elm və təhsil müəssisələri arasında qarşılıqlı ekspert fəaliyyətini genişləndirmək məqsədlə Genişləndirilmiş İnformasiya Axtarış ve Patent Qabiliyyətinin Qiymətləndirilməsi üzrə Pilot Proqram hazırlanıb.
Proqramın əsas məqsədi axtarış və ekspertiza prosesində müvafıq təşkilatların yüksək səriştəsinin təsdiq edildiyi elm və texnologiya sahələrinə ixtisaslaşmış mütəxəssisləri cəlb etməklə, verilmiş Avrasiya patentlərinin keyfiyyətini və etibarlılığını artırmaqdır.
Proqramın şərtləri, o cümlədən akkreditə olunmuş elm və təhsil müəssisələrinə dair tələblər barədə ətraflı məlumatı Avrasiya Patent İdarəsinin internet portalından almaq mümkündür.