UNEC-in nümayəndə heyəti universitetlərarası əlaqələri genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Özbəkistanın Amerika Texnologiya Universitetinə işgüzar səfər edib.
Səfər çərçivəsində UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov və Ümumi şöbənin müdiri Mətanət Novruzova Amerika Texnologiya Universitetinin rektoru professor Səid İrandust ilə görüşüblər.
Görüş zamanı əslən təbrizli olan professor Səid İrandust UNEC ilə tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqatların təşkili, qısa və orta müddətli təlim proqramlarının hazırlanması, eləcə də akademik və institusional əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri üzrə perspektivləri müzakirə edib.
Görüşün sonunda tərəflər arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.ŞA