Britaniya Şurası dekabrın 14-16 tarixlərində “Creative Spark” proqramı çərçivəsində təşkil edilən “Müəssisə və sahibkarlıq təhsili vasitəsilə tələbələri gələcəyə hazırlamaq” mövzusunda ali təhsil işçiləri üçün seminar keçirəcək.
Böyük Britaniyanın Nyukastl Universitetinin alimləri müxtəlif fənlər üzrə müəssisə və sahibkarlıq təhsilinin effektiv şəkildə inteqrasiyasını eləcə də, dərsdənkənar fəaliyyətləri inkişaf etdirməyi öyrədəcək üç günlük seminar proqramı təqdim edəcəklər.
Keçirilmə yeri: Bakı Ali Neft Məktəbi
Saat: saat 14:00 – 18:00.
Müraciət üçün son tarix: 4 dekabr
Seçilmiş ərizəçilər seminarlarda iştirak üçün təsdiq e-poçtu alacaqlar.