İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən UNEC-in müəllim və tələbələri üçün seminar keçiriləcək.
UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək seminarda Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, işə qəbul prosesi, eləcə də qurumun ölkə iqtisadiyyatındakı rolu barədə məlumat veriləcək.
Seminar 28 fevral, saat 15:00-da UNEC-in əsas binasının akt zalında təşkil olunacaq.