2025/2026-cı tədris ili üçün UNEC-in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qeydiyyat başlayır.

Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Təhsillərini uğurla bitirən tələbələr UNEC-lə yanaşı, Montpellier Universitetin də diplomunu əldə edəcəklər.

Əsas qəbul şərtləri:

UNEC-in ikinci kurs tələbəsi olmaq;
Minimum orta bal (ÜÖMG) – 81;
İngilis dili – B2;

Tərəfdaş universitet – Montpellier Universiteti
Müddət – 1 tədris ili
Tədris dili – İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdur

Tədrisin başlanması: 2025-ci il, sentyabr
Tədrisin bitməsi: 2026-cı il, aprel

Son müraciət tarixi – 10 sentyabr 2024-cü il
Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

Akademik transkript (azərbaycan dilində);
CV (ingilis dilində);
Pasport (şəkil olan səhifəsi)

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün əlaqə:

UNEC, Beynəlxalq Əməkdaşlıq  Departamenti, Əsas tədris binası, 115-ci otaq.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay