A

2018/2019-cu tədris ilində UNEC-ə qəbul olunan magistrlər qeydiyyat üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • Diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti -1 ədəd;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti - 2 ədəd;
  • 3x4 ölçüdə rəngli fotoşəkil -  4 ədəd
  • Cari ilin məzunlarının bakalavr pilləsini bitirməsi haqqında arayışı (Arayışda kursu bitirmişdir qeyd olunmalıdır);
  • Təhsil haqqının ödənilməsini təsdiq edən qəbzin əsli və surəti (təhsil haqqını yarıya qədər də ödəmək mümkündür).

Hər iki valideynini itirmiş və ya bir valideyni vəfat etmiş, digər valideyni isə I və II qrup əlil olan tələbələr əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir (23 yaşınadək valideynini itirənlərə şamil edilir):

  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti -1 ədəd;
  • ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti surəti;
  • valideynin əlillik haqqında TSEK (Tibbi Sosial Ekspert Komissiyası) sənədinin notarial qaydada təsdiqlənmiş surəti.

Məcburi köçkünlər əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti;
  • tələbənin məcburi köçkün vəsiqəsinin əsli və surəti-1 ədəd, (2018-ci ilin qeydiyyat möhürü ilə təsdiqlənmiş);

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarda itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

  • ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti;
  • valideynin əlilliyi haqqında TSEK arayışının notarial qaydada təsdiqlənmiş surəti;
  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.

Sənədlər iyunun 28-dən iyulun 11-nə kimi (I-V günlər) saat 10:00-17:00-dək qəbul edilir.

Sənədlərin qəbulu

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olunan (iqtisadiyyat və idarəetmə ixtisasları üzrə) bakalavrların sənədlərinin qəbulu:

UNEC-in IV tədris binası (Abbas Səhhət küçəsi, 45A),
Əlaqə: (+994 12)  440-47-42

UNEC Biznes Məktəbinə MBA proqramı üzrə qəbul olanlar üçün sənədlərin qəbulu:

UNEC-in əsas tədris binası (İstiqlaliyyət, 6), otaq 416.
Əlaqə: (+994 12) 497 62 67

UNEC-in Magistratura Mərkəzinə qəbul olanlar üçün sənədlərin qəbulu:

UNEC-in II tədris binası (H.Əliyev, 145), otaq 100.
Əlaqə: (+994 12) 564 05 37

TOP XƏBƏRLƏR