Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olunmuş (iqtisadiyyat və idarəetmə ixtisasları üzrə) bakalavrların sənədlərinin qeydiyyatı IV tədris binasında (Abbas Səhhət küçəsi, 45A) 27.06.2019-cu il tarixdən 10.07.2019-cu il tarixə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 1000 – 1700 – da konfrans zalında aparılacaqdır.

Qeydiyyat üçün lazım olan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti ( 2 ədəd)
  • 3×4 şəkil (4 ədəd)
  • Əvvəlki illərin məzunu olan tələbələrin bakalavr diplomunun və diplom əlavəsinin notariusda təsdiq olunmuş surəti.
  • Cari ilin (2018/2019) məzunları üçün bitirdiyi fakültədən bakalavr pilləsini bitirməsi haqqında arayış.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti.
  • Məcburi köçkün olan magistrantlar isə əlavə olaraq aşağıdakı sənədləri gətirməlidir:

– özünün məcburi köçkün vəsiqənin surəti (2019 – cu ilin təsdiqi ilə)

– özünün şəxsiyyət vəsiqəsinin surəti,

– rektorun adına ərizə.

TOP XƏBƏRLƏR