ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU arasında magistr proqramı üzrə ikili diplom proqramına qəbul başlayıb.
Tələbələrin seçimi Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılır. Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında təhsil alan sonuncu kurs tələbələri və ya həmin ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilər.
CVU sənədlərinin son qeydiyyat tarixi: 15.03.2022-ci il (İkili diplom proqramına sənədlərin son qəbul tarixi)
İxtisas:
CVU: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik1
ADPU: Menecment (təhsilin təşkili və idarəolunması)
Müraciət proseduru və tələb olunan sənədlər:
2022/23-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən imtahan nəticəsində həmin qurum tərəfindən müəyyən edilmiş keçid balını toplamaq;
Aşağıda göstərilən sənədləri müvafiq qaydada aidiyyəti üzrə təqdim etmək:
- CV;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Motivasiya məktubu: 250-500 sözlük məktubda Corc Vaşinqton Universiteti ilə birgə təşkil edilən bu beynəlxalq ikili diplom proqramında magistr təhsili almaqda məqsədiniz, akademik hədəfləriniz, tədqiqat maraqlarınız və karyera planlarınız təsvir edilməlidir. Bununla yanaşı, müraciət formasında qeyd etmədiyiniz bakalavriat təhsili dövründə peşəkar və sosial fəailiyyətləriniz və bu kimi digər əhəmiyyətli naliyyətləriniz göstərilməlidir.
- İngilis dili sertifikatları: IELTS 7, TOEFL 100 bal və Duolingo 120 bal;
- Bakalavriat diplomunun və ona əlavənin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti (hazırda sonuncu ildə təhsilalanlar təhsil müəssisəsi tərəfindən verilmiş müvafiq arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər );
- 2 tövsiyə məktubu;
- Müraciət forması.
Qeyd 1: Müvafiq meyarlar üzrə sənədlərini təqdim etmiş şəxslər sırasından akademik göstəricilər (magistratura DİM balı, ingilis dili sertifikatı üzrə bal və bakalavriat səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi) üzrə ilk 75 nəfərin namizədliyi növbəti mərhələ üçün təqdim ediləcəkdir;
Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (magistratura imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.
Proqramda iştirak üçün müraciət tələb olunan sənədləri aşağıdakı portala yükləməklə göndərilməlidir.
Qeyd 3. Elektron müraciətinizi yalnız bütün sənədləri yüklədikdən sonra göndərin. Müraciət göndərildikdən sonra ona əlavə və düzəlişlər etmək mümkün deyil.
https://gw.force.com/TX_SiteLogin?startURL=%2FTargetX_Portal__PB
Sənədlər göndərildikdən sonra bu email-ə bildiriş göndərilməsini xahiş edirik: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
FAQ/MVS-lə keçiddən tanış ola bilərsiniz.
Məsul şəxs: Dr. Tofiq Əhmədov ADPU-CVU ikili diplom proqramının baş direktoru
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: (050) 626 21 60
Proqrama qəbul ilə bağlı görüş 16 noyabr 2021-ci il tarixində saat 19:00-da Zoom platforması ilə təşkil olunacaq.