L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Universitet üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq, müraciət çox olunan zaman namizədlər arasında müsabiqə keçiriləcəkdir.

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı
  2. Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli.
  3. UNEC-in 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 30 noyabr

Tələb olunan sənədlər:

  1. Ərizə
  2. Transkrip 
  3. CV (azərbaycan və ingilis dilində) 
  4. Pasport və ya şəxsiyyət vəsiqəsi 

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.

Əlavə məlumat: (012) 492 18 82

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcəkdir.
  • ÜST tərəfindən elan olunmuş pandemiya ilə bağlı xarici ölkədə mövcud vəziyyətlə bağlı mübadilə proqramlarının şərtləri dəyişdirilə bilər.

Proqramla bağlı konsultasiyalar 2-ci günlər saat 15:00-da və 4-cü günlər saat 11.00-da, zoom platforması üzərindən aparılır: https://zoom.us/j/93093167066

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay