“Mevlana” Mübadilə Proqramı UNEC-in professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı UNEC-in akademik heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.
Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək.
Tələb olunan sənədlər:
1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
2. Namizəd haqqında türk və ya ingilis dilində ətraflı məlumat (portfolio və ya özgeçmiş)
3. Xarici pasportun surəti
4. 3×4 şəkil – 2 ədəd
6. CV (ingilis və ya türk dilində)
Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinə qədər Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidir.
Aşağıda qeyd olunan universitetlər üçün müraciət forması fəqrlidir:
Anadolu Universiteti:
Template - ACADEMIC STAFF APPLICATION FORM
Akdeniz Universiteti:
Mevlana 2020-2021 Incoming Academic Staff Application Form
Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsindən əldə etmək mümkündür.
Proqramın koordinatoru (əlaqələndirici şəxs): Pərvin Paşayeva
Əlaqə üçün:
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: +994 12 492 60 45