A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) komandası CFA Institute tərəfindən təşkil olunan beynəlxalq nüfuzlu CFA Institute Research Challenge 2025–2026 müsabiqəsinin Local Final mərhələsinin qalibi olub.

UNEC komandası bu qələbə ilə növbəti mərhələ — Sub-Regional mərhələyə vəsiqə qazanıb. Bu, universitet tarixində ilk dəfədir ki, UNEC komandası sözügedən müsabiqənin Sub-Regional mərhələsində iştirak hüququ əldə edir.

Müsabiqədə Türkiyə, Azərbaycan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından 31 universiteti təmsil edən 43 komanda iştirak edib. Komandalar tərəfindən hazırlanmış investisiya və maliyyə təhlili hesabatları CFA charterholder mütəxəssislər tərəfindən qiymətləndirilib.

Final mərhələsi 13 fevral 2026-cı il tarixində İstanbul şəhərində keçirilib. Nəticədə Sub-Regional mərhələyə UNEC və Koç University komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, ilkin mərhələdə digər Azərbaycan universitetlərinin komandaları da iştirak etsə də, Local Final mərhələsinə yalnız UNEC komandası yüksələ bilib.

UNEC komandasının tərkibinə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Rəna Qasımova, Nigar Əlizadə, Ədalət Əliyev, Ramil Orucov və UNEC Biznes Məktəbinin tələbəsi Cavidan Tağıyev daxildir.

Komandanın akademik mentoru ISE-nin “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Elxan Mahmud olub.

Qazanılan uğur tələbələrin analitik düşünmə, maliyyə təhlili və peşəkar təqdimat bacarıqlarının yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. UNEC komandası güclü beynəlxalq rəqabət şəraitində əldə etdiyi bu nəticə ilə universiteti və Azərbaycanı beynəlxalq platformada layiqincə təmsil edib.

TOP XƏBƏRLƏR