A

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (NAMYO) birgə təşkilatçılığı və UNEC-in ev sahibliyi ilə “Azərbaycanın xarici siyasəti 2026: Strateji baxış və prioritetlər” mövzusunda interaktiv seminar keçirilib.

Tədbirdə spiker qismində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak edib. O, seminarda Azərbaycanın 2026-cı il üzrə xarici siyasət prioritetləri, regional və qlobal proseslər fonunda ölkəmizin mövqeyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri və diplomatik fəaliyyətin əsas strateji xətti barədə ətraflı məlumat verilib.

Seminarda çıxış edən UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov UNEC barədə ətraflı məlumat verib. O, regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olan UNEC-in tələbələrin həm akademik, həm də sosial dünyagörüşünün artırılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. 

İnteraktiv formatda təşkil olunan seminarın sonunda tələbələrin sualları cavablandırılıb və müzakirələrdə xüsusi fəallıq göstərən 5 tələbəyə təşkilatçılar tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay