A

2021/2022-ci tədris ili üzrə UNEC-in bütün ixtisaslarında təhsil alan I kurs magistr tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayır.

Proqrama qəbul olan UNEC-in magistrləri 2-ci kursun yaz semestrində Montpellier Universitetində təhsil alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazanan magistrlər UNEC-ə qayıdaraq təhsillərini davam edəcəklər. Məzunlar həm UNEC, həm də Montpellier Universitetinin magistr diplomlarını əldə edəcəklər.

Qəbul şərtləri:

  • UNEC-in ikinci kurs magistr tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B2 səviyyəsində

Tədris dili - İngilis dili
Təhsil haqqı – 4057 avro
Qeydiyyat haqqı – yoxdur

Son müraciət tarixi - 05 mart 2021-ci il

Sənədlər bir faylda (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Müraciət forması
  2. Akademik transcript (azərbaycan dilində)
  3. CV (ingilis dilində)
  4. Pasport (foto olan səhifə)

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün əlaqə:
Afət Ələkbərova
UNEC, Beynəlxalq Əməkdaşlıq  Departmenti
Tel.: (012) 492 18 82
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay