Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi HES-SO UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir. 

Mübadilə proqramı 2023-ci ilin payız semestri üçün nəzərdə tutulub. Payız semestri üçün sənəd qəbulu aprelin 10-na kimi davam edəcək.

İxtisaslar:

İqtisadiyyat
Menecment 
Biznesin idarəedilməsi

Mübadilədə iştirak etmək üçün meyarlar:

  • Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat (əsasən 3-cü kurs tələbəsi)
  • B2 ingilis dilli magistrant (1-ci kurs) 

Tələb olunan sənədlər:

  • CV 
  • Motivasiya məktubu (bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Transkript (ÜOMG) 70-dən yuxarı)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı)

UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır: 

  • 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd; 
  • Tibbi sığorta; 
  • 1 ay intensiv Fransız dili kursları; 
  • Pulsuz nəqliyyat keçidi; 
  • İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Tələb olunan sənədləri cari ilin aprelin 10-na kimi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay