03–05 iyun 2024-cü il tarixlərində Bakıda professor Lütfi Zadənin elmi irsinə həsr olunmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Berkli Kaliforniya Universiteti, Kaliforniya, ABŞ, El Paso, Texas Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemi İnstitutunun birgə təşkilatçılığı ilə 9-cu Dünya Soft Computing Konfransı (9thWConSC24) keçiriləcək.

Konfransın əsas məqsədi “soft computing”, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar, informasiya nəzəriyyəsi, qeyri-müəyyənlik, sübut və imkanlar nəzəriyyəsi, qeyri-klassik məntiq, idrakda qeyri-müəyyənlik, qrafiki modellər, biliklərin əldə edilməsi, informasiyanın sintezi və aqreqasiyası və digər sahələrdən olan alimlərin ən son araşdırmalarını və nəticələrini təqdim etməkdir.

“Soft Computing üzrə 9-cu ümumdünya konfransı Bakı 2024” həm də “soft computing”in müxtəlif sahələrindən ən son nailiyyətləri və innovasiyaları təqdim etmək, düşündürücü inkişafları və problemləri müzakirə etmək, gələcəyi nəzərdən keçirmək üçün tədqiqatçıları, mühəndisləri və gənc alimləri  bir araya gətirmək məqsədi daşıyır.

Konfransda təqdim olunan məqalələrin Şpringer  nəşriyyatında, mükafatlanmış məqalələrin isə  “Fuzzy sets and Systems” jurnallarda nəşri nəzərdə tutulub.

Konfransın Proqramı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay