A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH qruplarının IV kurs “İqtisadiyyat” ixtisası tələbələri Rəhilə Məmmədova və Altun Mehdizadə Young European Security Conference 2026-da çıxış edən və Azərbaycandan seçilən iki nümayəndə olublar.

Konfrans 26–27 fevral tarixlərində Berlin, Almaniya-da keçirilib.

Tələbələr tədbirdə “Climate and Security” (İqlim və Təhlükəsizlik) mövzusu çərçivəsində ekspertlər qarşısında çıxış edərək iqlim dəyişikliyinin təhlükəsizlik, iqtisadi sabitlik və regional inkişaf üzərində təsirləri barədə fikirlərini bölüşüblər.

Konfrans Avropanın müxtəlif ölkələrindən olan gəncləri və mütəxəssisləri bir araya gətirərək aktual qlobal problemlərin müzakirəsi üçün mühüm platforma yaradıb.

Tələbələrimizi beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiklərinə görə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay