A

UNEC-in Laboratoriyaların işinin təşkili mərkəzi, “Mühəndislik və tətbiqi elmlər” və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedralarının müəllim heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzeLab MMC-yə işgüzar səfər edib.

Səfərin məqsədi müəssisənin mövcud laboratoriya infrastrukturu, texniki təminatı, tətbiq edilən müasir metodlar və tədqiqat prosedurları ilə yaxından tanış olmaq və universitetlə AzeLab MMC arasında gələcək elmi-praktiki əməkdaşlıq imkanları müzakirə etmək olub.

UNEC nümayəndələri laboratoriyanın müxtəlif bölmələrinin fəaliyyəti, həmçinin cihaz və avadanlıqların işləmə prinsipləri ilə tanış olublar. Eləcə də laboratoriyada aparılan tədqiqatların nəticələri və ekoloji standartlara uyğun tətbiq olunan analitik üsullar barədə məlumat alıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay